Ədəb-ərkan qaydaları İmam Həsən Muctabanın (ə) kəlamında
İmam Həsənin (ə) ədəb-ərkan və ictimai əxlaq barəsindəki bələdçiliklərinə əsasən insanın maddi meyarlara görə ictimaiyyətdə digərləri ilə davranışını tənzimlənməsi tamamilə yanlış işdir. Çünki insan çox önəmli olan mənəvi bağlılıqdan uzaqlaşır. İnsanlarla gözəl ədəb-ərkan, yaxşı söhbət və layiqli davranış Gözəl ədəb-ərkan, yaxşı söhbət və layiqli davranış Quran-Kərim, islam peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s) və məsumların (ə) ardıcıllarının vurğuladıqları göstərişlərdir. İmam Həsən (ə) Behişt əhlinin gənclərinin sərvəri və Əhli-Beytin Kərimi adlandırılıb və bu gözəl davranış, ədəb-ərkan və dahi şəxsiyyətlilik bu imamı dillər əzbəri etmişdir. Əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı Həzrət Fatimə (s.ə) öz övladlarının tərbiyəsində əsaslı rola malik idi. İmam Həsən Muctabanın (ə) ədəb-ərkanı və davranışı Həzrət Zəhranın (s.ə) analığının səmərəsi olmuşdur. Belə ki, Həzrət Zəhra (s.ə) İmam Həsənə (ə) məhdud uşaqlıq dövründə ictimai həyatı nöqtə-vergülünə qədər öyrətdi. Rəvayətlərdə bildirilir: Fatimə (s.ə) ev işlərini bitirdikdən sonra ibadət, namaz, başqaları üçün dua etmək və Allah-taala dərgahına raz-niyaz etməklə məşğul olurdu. Həzrət Fatimənin (s.ə) kiçik yaşlı övladları analarının əməllərinin şahidi idilər. Dua zamanı heç kim üçün öz duasını əsirgəmirdi, özü istisna olmaqla. İmam Həsən (ə) anasının ibadəti barəsində buyurur: Anamı gördüm ki, cümə gecələri mehrabda ibadətə durub və səhər açılana qədər rüku və səcdəyə gedir və problemlərin aradan qalxması və istəklərinin qəbul olunması üçün dua edirdi, amma özü üçün heç bir söz demir və dua etmirdi. Söylədim: Ana! Nə üçün başqaları kimi özün üçün də dua etmirsən? Cavab verdi: Övladım! "Əl-Caru Summud-dar". Əvvəl qonşunu əzizlə, sonra özünü və ev əhlini. Beləliklə Fatimə (ə) ibadət, gecəni oyaq qalmaq, qonşulara hörmət bəsləmək və digərlərini özündən üstün tutmağı öz övladlarına öyrədirdi. نظرات شما عزیزان: |+| نوشته شده توسط سولدوزلو در چهار شنبه 21 اسفند 1392برچسب:İmam Həsən,azərbaycan səsı,azərbaycan,din,imamlar sözü,imamlar,İmam Həsən (ə),Fatimə (ə),peyğəmbər,islam,Həzrət Məhəmməd,Həzrət Fatimə,ədəb,dinimiz,şahid,dua,Quran,Allah-taala, و ساعت
|
|