Ədəb-ərkan qaydaları İmam Həsən Muctabanın (ə) kəlamında

Ədəb-ərkan qaydaları İmam Həsən Muctabanın (ə) kəlamında
وبسايت خبري تحليلي نداي آذربايجان

Ədəb-ərkan qaydaları İmam Həsən Muctabanın (ə) kəlamında

Ədəb-ərkan qaydaları İmam Həsən Muctabanın (ə) kəlamında

İmam Həsənin (ə) ədəb-ərkan və ictimai əxlaq barəsindəki bələdçiliklərinə əsasən insanın maddi meyarlara görə ictimaiyyətdə digərləri ilə davranışını tənzimlənməsi tamamilə yanlış işdir. Çünki insan çox önəmli olan mənəvi bağlılıqdan uzaqlaşır.

İnsanlarla gözəl ədəb-ərkan, yaxşı söhbət və layiqli davranış

Gözəl ədəb-ərkan, yaxşı söhbət və layiqli davranış Quran-Kərim, islam peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s) və məsumların (ə) ardıcıllarının vurğuladıqları göstərişlərdir.

İmam Həsən (ə) Behişt əhlinin gənclərinin sərvəri və Əhli-Beytin Kərimi adlandırılıb və bu gözəl davranış, ədəb-ərkan və dahi şəxsiyyətlilik bu imamı dillər əzbəri etmişdir.

Əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı Həzrət Fatimə (s.ə) öz övladlarının tərbiyəsində əsaslı rola malik idi. İmam Həsən Muctabanın (ə) ədəb-ərkanı və davranışı Həzrət Zəhranın (s.ə) analığının səmərəsi olmuşdur. Belə ki, Həzrət Zəhra (s.ə) İmam Həsənə (ə) məhdud uşaqlıq dövründə ictimai həyatı nöqtə-vergülünə qədər öyrətdi.

Rəvayətlərdə bildirilir: Fatimə (s.ə) ev işlərini bitirdikdən sonra ibadət, namaz, başqaları üçün dua etmək və Allah-taala dərgahına raz-niyaz etməklə məşğul olurdu.

Həzrət Fatimənin (s.ə) kiçik yaşlı övladları analarının əməllərinin şahidi idilər. Dua zamanı heç kim üçün öz duasını əsirgəmirdi, özü istisna olmaqla.

İmam Həsən (ə) anasının ibadəti barəsində buyurur: Anamı gördüm ki, cümə gecələri mehrabda ibadətə durub və səhər açılana qədər rüku və səcdəyə gedir və problemlərin aradan qalxması və istəklərinin qəbul olunması üçün dua edirdi, amma özü üçün heç bir söz demir və dua etmirdi. Söylədim: Ana! Nə üçün başqaları kimi özün üçün də dua etmirsən? Cavab verdi:  Övladım! "Əl-Caru Summud-dar". Əvvəl qonşunu əzizlə, sonra özünü və ev əhlini.

Beləliklə Fatimə (ə) ibadət, gecəni oyaq qalmaq, qonşulara hörmət bəsləmək və digərlərini özündən üstün tutmağı öz övladlarına öyrədirdi.




Həzrət Əli (ə)-ın xəvariclər barədə xütbəsi

Həzrət Əli (ə)-ın xəvariclər barədə xütbəsi

 

Həzrət Əli (ə) öz səhabəsindən bir kişini göndərdi ki, xəvaricə qoşulmaq istəyən, lakin o həzrətdən qorxan Kufə ordusundan bir qrupunun indi nə edirlər? Kişi onun yanına qayıtdığı zaman Həzrət ondan soruşdu: Aya razılaşıb qaldılar və ya qorxub getdilər?
Cavab verdi:  Ey Əmirəlmöminin! Getdilər.
O zaman imam buyurdu: Səmud tayfasının uzaq qaldığı kimi Allahın rəhmətindən uzaq qalsınlar. Əgər nizə ucları onlara tərəf tuşlanarsa və qılınclar onların başlarına endirilərsə, etdiklərindən peşman olacaqlar. Bu gün şeytanın istəyi onları ayırmaq və pərakəndə etmək idi və belə etdi.

Sabahdır ki, ondan bezəcəklər və onlardan uzaqlaşacaqdır. Onlara hidayət yolundan çıxmaq və zəlalət, korluq bataqlığına düşmək, haqqa etiraz etmək və zəlillik vadisində itaətsizlik bəsdir.

NƏHCÜLBƏLAĞƏ 180-ci xütbə




imam əli(ə)nın qissa sozləri

imam əli(ə)nın qissa sozləri

 

insanlar dünyanın balasıdılar və heç insanı öz anasın     sevməyə qınamaq olmaz
(hikmət303 nəhcülbəlağə)

 

 

 

 


insanın yazix balası , ölümünün və xəstəlıginın östü örtülu,əməlləry bütün yazilır,bircə mıqmıqa onu incıdir və bir az su onun boğazında qalaraq onu öldürə bilər və tərləmaq onu çirkin edər
(hikmət419 nəhcülbəlağə)

ən ağır günah odur kı günah eliyən onu yüngül (xirda)bilə
 (hikmət477 nəhcülbəlağə)




Həzrət Fatimənin (s) sirləri

Həzrət Fatimənin (s) sirləri

Ta Qiyamətədək açıla bilməyən sirlərdən biri də Xanım Zəhradır (s ə.). Öz zəmanəsində də, cağdaş dünyamızda da Xanım (s.ə.) öz əsrarını saxlamaqdadır.

İstənilən istiqamətdə diqqət etsək, Xanımı (s.ə.) zirvədə görürük. Bəzilərinin “hələ balam uşaqdır” dediyi 18 yaşında, Xanım dünyasını dəyişdi və özündən sonra Həsəneyni (ə) və Kərbəla qəhrəmanı Həzrət Zeynəbi (s.ə.) yadigar qoyub getdi

Bu mövzular əhlinin dilindən zikr olunsa, daha yaxşıdır. Bu baxımdan bu sahələrdə naqis cümlələrlə vaxtınızı almaq istəmirəm.

 

 

Mövzumuz bir az fərqlidir. Xanımın fərqli bir əsrarından bəhs edəcəyik.

Dünyada mövcud olan “Fatimə” adı ilə bağlı olan şəhərlər haqqında söhbət edəcəyik

Cənubi Amerikada ən büyük dövlət olan Braziliyada yerləşən Fatimə adı ilə bağlı olan şəhərlərə nəzər salaq.
NOVA FATİMƏ – Braziliyada Parana ştatına daxil olan bir şəhəridir.2006-cı ilin statistikasına əsasən 8246 nəfər əhalisi var. 283,420 kv. km ərazisi var. Hər kv. km 29,1 nəfər adam düşür. Şimali Piuneyru Paranaensi mezaregionun ayrılmaz hissəsidir. İqlimi subtropikdir. Şəhər 1951-ci ildə salınb. Şəhərin ən hündür yeri dəniz səviyyəsindən 673 m hündürlükdə yerləşir. Şəhərin rəsmi bayram günü 14 dekabrdır

OLİVEYRA DE FATİMƏ – Braziliyada Tokantins ştatına daxil olan bir şəhəridir. Şərqi Tokantis mezaregionun ayrılmaz hissəsidir. İqtisadi statistik mikroregion olan Rio Formoso ərazisinə daxildir. 2006-cı ilin statistikasına əsasən 1039 nəfər əhalisi var. Ərazisi isə 205,849 kv. km sahəni tutur. Hər kv. km 5 nəfər adam düşür. Şəhərin ən hündür yeri dəniz səviyyəsindən 305 m hündürlükdə yerləşir.
FATİMƏ – Braziliyada Baiya ştatına daxil olna bir şəhəridir. Şimali-şərqi Baiya ştatının mezaregionunun ayrılmaz hissəsidir. Ribeyra du Pombal mikroregionun ərazisinə daxildir. 2006-cı ilin statistikasına əsasən, 18747 nəfər əhalisi var. Ərazisi də 356,278 kv. km sahəni əhatə edir. Əhalinin sıxlığı – 52.6 nəfər/km ². Ən hündür yeri – dəniz səviyyəsindən 100 m hündürlükdə yerləşir.
Fatimə de Sul – Braziliya da Matu Qrosu do Sul ştatına daxildir. Ştatın cənubi qərbində yerləşir. Əhalisi 2006-cı ilin statistikasına əsasən 20564 nəfərdir. Ərazisi isə 315,237 км². Tropik iqlimə sahib olan şəhər 1959-cı ildə salınıb. Şəhərin ən hündür yeri dəniz səthindən 352m hündürlükdə yerləşir. Hər км²-ə 53,5 nəfər düşür

İndi isə Portuqaliya ərazisində olan Fatimə adı ilə əlaqəli şəhərlərə nəzər salaq.
Nossa Seniora de Fatima – Portuqaliyada Lissabon bələdiyyəsinə aiddir. Köhnə inzibati ərazi bölgüsünə əsasən Eştremadura vilayətinə aid olub. Hal-hazırda isə Böyük Lissabon aqlomerasiyasında yerləşir. Statistikaya əsasən 2001-ci ildə əhalisi 27111 nəfərdir. Ərazisi isə 1,87 kv km. Şəhər 1959-cu ildə salınıb

FATİMƏ – Portuqaliyada Santaren rayonuna daxil olan bir şəhərdir. 2001-ci ilə olan statistik məlumata əsasən 10000 nəfər əhalisi var. Şəhər haqqında ilk məlumat 1158-ci ilə təsadüf edir.
Sonuncu şəhər haqqında maraqlı məlumatlar var. Bu şəhərdə 1917-ci ildə 3 nəfər uşaq qoyun otararkən bir xanımın göründüyünü iddia edirlər. Bu hadisə məlumatlar arasında “Fatimənin 3 sirri” adı altında qeyd olunur. Bu şəhər xristianlar arasında çox məşhur şəhərdir. Onlara görə bu xanım İsanın (ə) anası Məryəm xanım olub. Amma zikr olunan bu sirlər Fatimənin buyruşları adı ilə qeyd olunur. Deyilənlər görə həmin görünən xanım camaat arasında örtüyə bürünmüş və əlində təsbeh olaraq təsvir olunurdu. Amma hal-hazırda həmin xanım rahibələrə xas geyim forması və əlləri sifəti qarşısında birləşmiş olaraq dua halında təsvir olunur

Əldə olan imkanlardan istifadə edərək bir az araşdırma apardıq. Fatimə şəhərinə ilk dəfə təsadüf olunan illəri araşdırdıqda, maraqlı məlumatlar əldə etdik. Belə məlum oldu ki, Portuqaliya 713-718-ci illər ərzində (h.q. 94-99-cu illər) Əməvi hökmdarı 1-ci Vəlid ibn Malik tərəfindən fəth olunub. Bu ərazilər təxminən 4 əsr ərəblərin tabeçiliyində olub. Amma maraqlı cəhət burasındadır ki, Fatimə adı məhz o illərə təsadüf edir ki, artıq Portuqaliya ərəblərin tabeçiliyindən azad olmuşdu. 1139-cu ildə ərəblər bu ərazilərdən çıxarıldı. Bu zaman ərəb xilafətinə Abbasilər nəzarət edirdi. Abbasilərin 35- ci xəlifəsi 2-ci Muqtəfil (1136-1160 /h.q. 535-555) zamanında Portuqaliya ərazilərinə öz nəzarətini təmin etdi. 1143-cü ildə Portuqaliya artıq təmamilə ərazisinə nəzarət edirdi

Amma təəccüblüsü budur ki, bəs bu ad nə səbəbə dəyişilməyib? Bir dövlət 4 əsr digər bir dövləti öz tabeçiliyində saxlaya və nəzərə alsaq ki, söhbət Əməvilərədən və Abbasilərdən gedir, onda qəribə mənzərə alınır. Axı normal halda belədir ki, ”işğalçı” dövlətin heç bir nişanəsi qalmamalıdır və onların mövcüdluğunu hiss etdirən bütün abidələr, adlar dəyişilməli idi. Tarixdə bu cür səhnələrə çox rast gəlinir. Amma Fatimə adı nəinki dəyişilməyib, hətta bu adla bağlı başqa şəhərlər də salınılb. Məsələn Ayasofyanın kilsə kimi tikildiyi hamıya məlumdur. Konstantinopol fəth olundu və ilk olaraq adı dəyişilib, İstanbul qoyuldu. Bununla da bitmədi. Xristianların izlərini özündə əks etdirən möhtəşəm arxitekturaya sahib Ayasofyaya minarələr əlavə olundu və məscidə çevrildi. Hətta şəhəri fəth edən Osmanlı fatehi Sultan Mehmet xan Ayasofya kilsəsinin yanında onun kimi digər bir böyük məscidi – “Sultan Mehmet” camisini inşa etdirdi. Məqsədi də Ayasofyanın o ərazilərdə Bizansın mövcudluğunu xatırlatmasının qarşısını almaq oldu. Bir türkün dediyi kimi, bu, ehtiyacdan, yəni, camaatın ibadət yerinin ehtiyacı səbəbi ilə tikilməyib. O dövrdə İstambulun nə qədər müsəlman əhalisi var idi ki, bu boyda məscid (Ayasofya) ola-ola digər böyük məscid də tikilsin?! Əslində bu, bir mesaj idi – yəni buraların yeni sahibi var

Nə isə, bu yüzlərlə misallardan biri idi. Fatimə (s.ə.) əsrarından biri də, mən deyərdim, elə budur. Axı onları bu ada bağlayan nə idi?

Bəlkə Nəcran tayfasının bildiyini (“Mübahilə” ayəsinin təfsirinə bax) bunlar da bilirdi? Bəlkə Həzrət Nuhun (ə) gəmisinə yazdığı o 5 kimsənin adından bunlar da xəbardar idilər? Bəlkə Həzrət Yusifin (ə) quyuda təvəssül etdiyi 5 kimsədən xəbardar idilər? Bəlkə Həzrət Adəmin (ə) tövbəsinin qəbulundan ötrü zikr etdiyi adlardan xəbərdar idilər? Bəlkə, bəlkə, bəlkə…
Rəsuli-Əkrəm (s) buyurub: “Həqiqətən, Fatimə (s. ə.) Qədr gecəsi kimidir. Hər kim haqqını tanıdığı halda, Fatiməni (s. ə.) dərk edə bilsə, həmin şəxs Qədr gecəsini də dərk edəcək”.
Əgər Allah Təala Qurani-Kərimdə buyurubsa ki, ”Sən haradan biləsən ki, Qədr gecəsi nədir?”, onda bu əsrar Qiyamətədək sürəcək. Allah Təala bizi Xanımın qapısından ayırmasın

amin

Mətləb Həmzəli*Haqyolu-deyerler*

 




صفحه قبل 1 2 3 4 5 ... 36 صفحه بعد

تبلیغات

مجله اینترنتی آذربایجان

ساير اخبار

با عاشورائیان

وهب مسیحی

امکانات