Ta Qiyamətədək açıla bilməyən sirlərdən biri də Xanım Zəhradır (s ə.). Öz zəmanəsində də, cağdaş dünyamızda da Xanım (s.ə.) öz əsrarını saxlamaqdadır.
İstənilən istiqamətdə diqqət etsək, Xanımı (s.ə.) zirvədə görürük. Bəzilərinin “hələ balam uşaqdır” dediyi 18 yaşında, Xanım dünyasını dəyişdi və özündən sonra Həsəneyni (ə) və Kərbəla qəhrəmanı Həzrət Zeynəbi (s.ə.) yadigar qoyub getdi
Bu mövzular əhlinin dilindən zikr olunsa, daha yaxşıdır. Bu baxımdan bu sahələrdə naqis cümlələrlə vaxtınızı almaq istəmirəm.
Mövzumuz bir az fərqlidir. Xanımın fərqli bir əsrarından bəhs edəcəyik.
Dünyada mövcud olan “Fatimə” adı ilə bağlı olan şəhərlər haqqında söhbət edəcəyik
Cənubi Amerikada ən büyük dövlət olan Braziliyada yerləşən Fatimə adı ilə bağlı olan şəhərlərə nəzər salaq.
NOVA FATİMƏ – Braziliyada Parana ştatına daxil olan bir şəhəridir.2006-cı ilin statistikasına əsasən 8246 nəfər əhalisi var. 283,420 kv. km ərazisi var. Hər kv. km 29,1 nəfər adam düşür. Şimali Piuneyru Paranaensi mezaregionun ayrılmaz hissəsidir. İqlimi subtropikdir. Şəhər 1951-ci ildə salınb. Şəhərin ən hündür yeri dəniz səviyyəsindən 673 m hündürlükdə yerləşir. Şəhərin rəsmi bayram günü 14 dekabrdır
OLİVEYRA DE FATİMƏ – Braziliyada Tokantins ştatına daxil olan bir şəhəridir. Şərqi Tokantis mezaregionun ayrılmaz hissəsidir. İqtisadi statistik mikroregion olan Rio Formoso ərazisinə daxildir. 2006-cı ilin statistikasına əsasən 1039 nəfər əhalisi var. Ərazisi isə 205,849 kv. km sahəni tutur. Hər kv. km 5 nəfər adam düşür. Şəhərin ən hündür yeri dəniz səviyyəsindən 305 m hündürlükdə yerləşir.
FATİMƏ – Braziliyada Baiya ştatına daxil olna bir şəhəridir. Şimali-şərqi Baiya ştatının mezaregionunun ayrılmaz hissəsidir. Ribeyra du Pombal mikroregionun ərazisinə daxildir. 2006-cı ilin statistikasına əsasən, 18747 nəfər əhalisi var. Ərazisi də 356,278 kv. km sahəni əhatə edir. Əhalinin sıxlığı – 52.6 nəfər/km ². Ən hündür yeri – dəniz səviyyəsindən 100 m hündürlükdə yerləşir.
Fatimə de Sul – Braziliya da Matu Qrosu do Sul ştatına daxildir. Ştatın cənubi qərbində yerləşir. Əhalisi 2006-cı ilin statistikasına əsasən 20564 nəfərdir. Ərazisi isə 315,237 км². Tropik iqlimə sahib olan şəhər 1959-cı ildə salınıb. Şəhərin ən hündür yeri dəniz səthindən 352m hündürlükdə yerləşir. Hər км²-ə 53,5 nəfər düşür
İndi isə Portuqaliya ərazisində olan Fatimə adı ilə əlaqəli şəhərlərə nəzər salaq.
Nossa Seniora de Fatima – Portuqaliyada Lissabon bələdiyyəsinə aiddir. Köhnə inzibati ərazi bölgüsünə əsasən Eştremadura vilayətinə aid olub. Hal-hazırda isə Böyük Lissabon aqlomerasiyasında yerləşir. Statistikaya əsasən 2001-ci ildə əhalisi 27111 nəfərdir. Ərazisi isə 1,87 kv km. Şəhər 1959-cu ildə salınıb
FATİMƏ – Portuqaliyada Santaren rayonuna daxil olan bir şəhərdir. 2001-ci ilə olan statistik məlumata əsasən 10000 nəfər əhalisi var. Şəhər haqqında ilk məlumat 1158-ci ilə təsadüf edir.
Sonuncu şəhər haqqında maraqlı məlumatlar var. Bu şəhərdə 1917-ci ildə 3 nəfər uşaq qoyun otararkən bir xanımın göründüyünü iddia edirlər. Bu hadisə məlumatlar arasında “Fatimənin 3 sirri” adı altında qeyd olunur. Bu şəhər xristianlar arasında çox məşhur şəhərdir. Onlara görə bu xanım İsanın (ə) anası Məryəm xanım olub. Amma zikr olunan bu sirlər Fatimənin buyruşları adı ilə qeyd olunur. Deyilənlər görə həmin görünən xanım camaat arasında örtüyə bürünmüş və əlində təsbeh olaraq təsvir olunurdu. Amma hal-hazırda həmin xanım rahibələrə xas geyim forması və əlləri sifəti qarşısında birləşmiş olaraq dua halında təsvir olunur
Əldə olan imkanlardan istifadə edərək bir az araşdırma apardıq. Fatimə şəhərinə ilk dəfə təsadüf olunan illəri araşdırdıqda, maraqlı məlumatlar əldə etdik. Belə məlum oldu ki, Portuqaliya 713-718-ci illər ərzində (h.q. 94-99-cu illər) Əməvi hökmdarı 1-ci Vəlid ibn Malik tərəfindən fəth olunub. Bu ərazilər təxminən 4 əsr ərəblərin tabeçiliyində olub. Amma maraqlı cəhət burasındadır ki, Fatimə adı məhz o illərə təsadüf edir ki, artıq Portuqaliya ərəblərin tabeçiliyindən azad olmuşdu. 1139-cu ildə ərəblər bu ərazilərdən çıxarıldı. Bu zaman ərəb xilafətinə Abbasilər nəzarət edirdi. Abbasilərin 35- ci xəlifəsi 2-ci Muqtəfil (1136-1160 /h.q. 535-555) zamanında Portuqaliya ərazilərinə öz nəzarətini təmin etdi. 1143-cü ildə Portuqaliya artıq təmamilə ərazisinə nəzarət edirdi
Amma təəccüblüsü budur ki, bəs bu ad nə səbəbə dəyişilməyib? Bir dövlət 4 əsr digər bir dövləti öz tabeçiliyində saxlaya və nəzərə alsaq ki, söhbət Əməvilərədən və Abbasilərdən gedir, onda qəribə mənzərə alınır. Axı normal halda belədir ki, ”işğalçı” dövlətin heç bir nişanəsi qalmamalıdır və onların mövcüdluğunu hiss etdirən bütün abidələr, adlar dəyişilməli idi. Tarixdə bu cür səhnələrə çox rast gəlinir. Amma Fatimə adı nəinki dəyişilməyib, hətta bu adla bağlı başqa şəhərlər də salınılb. Məsələn Ayasofyanın kilsə kimi tikildiyi hamıya məlumdur. Konstantinopol fəth olundu və ilk olaraq adı dəyişilib, İstanbul qoyuldu. Bununla da bitmədi. Xristianların izlərini özündə əks etdirən möhtəşəm arxitekturaya sahib Ayasofyaya minarələr əlavə olundu və məscidə çevrildi. Hətta şəhəri fəth edən Osmanlı fatehi Sultan Mehmet xan Ayasofya kilsəsinin yanında onun kimi digər bir böyük məscidi – “Sultan Mehmet” camisini inşa etdirdi. Məqsədi də Ayasofyanın o ərazilərdə Bizansın mövcudluğunu xatırlatmasının qarşısını almaq oldu. Bir türkün dediyi kimi, bu, ehtiyacdan, yəni, camaatın ibadət yerinin ehtiyacı səbəbi ilə tikilməyib. O dövrdə İstambulun nə qədər müsəlman əhalisi var idi ki, bu boyda məscid (Ayasofya) ola-ola digər böyük məscid də tikilsin?! Əslində bu, bir mesaj idi – yəni buraların yeni sahibi var
Nə isə, bu yüzlərlə misallardan biri idi. Fatimə (s.ə.) əsrarından biri də, mən deyərdim, elə budur. Axı onları bu ada bağlayan nə idi?
Bəlkə Nəcran tayfasının bildiyini (“Mübahilə” ayəsinin təfsirinə bax) bunlar da bilirdi? Bəlkə Həzrət Nuhun (ə) gəmisinə yazdığı o 5 kimsənin adından bunlar da xəbardar idilər? Bəlkə Həzrət Yusifin (ə) quyuda təvəssül etdiyi 5 kimsədən xəbardar idilər? Bəlkə Həzrət Adəmin (ə) tövbəsinin qəbulundan ötrü zikr etdiyi adlardan xəbərdar idilər? Bəlkə, bəlkə, bəlkə…
Rəsuli-Əkrəm (s) buyurub: “Həqiqətən, Fatimə (s. ə.) Qədr gecəsi kimidir. Hər kim haqqını tanıdığı halda, Fatiməni (s. ə.) dərk edə bilsə, həmin şəxs Qədr gecəsini də dərk edəcək”.
Əgər Allah Təala Qurani-Kərimdə buyurubsa ki, ”Sən haradan biləsən ki, Qədr gecəsi nədir?”, onda bu əsrar Qiyamətədək sürəcək. Allah Təala bizi Xanımın qapısından ayırmasın
amin
Mətləb Həmzəli*Haqyolu-deyerler*